...

İqtisadiyyat Nazirliyi tərəfindən indiyədək 610-dan artıq layihəyə investisya təşviqi sənədi verilib

İqtisadiyyat Materials 7 Oktyabr 2025 15:29 (UTC +04:00)
İqtisadiyyat Nazirliyi tərəfindən indiyədək 610-dan artıq layihəyə investisya təşviqi sənədi verilib
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

İqtisadiyyat Nazirliyi tərəfindən tekstil sahəsinə bir sıra dəstək tədbirləri həyata keçirilib. Bunlardan ən əsası sənaye parkları, sənaye müəssisələrinin yaradılması və orada fəaliyyət göstərən sahibkarların dəstəklənməsidir.

Trend xəbər verir ki, bu fikirləri "Tekstil Sektorunun İnkişafı və Qlobal İnteqrasiyasının Təşviqi" seminarında İqtisadiyyat Nazirliyinin Sənaye şöbəsinin sektor müdiri Vüsal Bağırov çıxışında deyib.

Nazirlik rəsmisi qeyd edib ki, ölkəmizdə 9 sənaye parkı və 4 sənaye məhəlləsi mövcuddur. Bunlardan biri Mingəçevir Sənaye parkıdır ki, məhz tekstil sənayesinin inkişafı məqsədilə yaraılıb.

“Burada digər sənaye parklarında olduğu kimi 10 illik vergidən və gömrük azad olunmaları tətbiq olunur. Həmçinin, dövlət tərəfindən infrasturuktur təminatı verilir. Bundan başqa pambıqçılığında inkişafı məqsədilə, pambıq sahələrinin salınması üçün texniki avadanlıqlarla bağlı dövlət tərfindən subsidiyalar verilir”.

V.Bağırov bidlirib ki, işğaldan azad olunmuş ərazilərdə 2023-cü ildən 10 illik vergi və gömrük azadolunmaları tətbiq edilir. Bunlardan toxuculuq məhsulları və geyim məhsulları istehsalçıları məhz həmin kateqoriyaya aid edilir ki, onlar bu vergidən və gömrükdən azadolunmalara aiddir.

“Modernləşmə ilə bağlı investisiya təşviqi mexanizmi mövcuddur. Həmin mexanizm 2016-cı ildən tətbiq olunur. Bu mexanizm sayəsində sahibkarlar 7 illik azadolunmalar əldə edirlər”.

Nazirlik rəsmisi bildirib ki, indiyədək 610-dan artıq layihəyə investisya təşviqi sənədi verilib.

“Burada 40 mindən çox iş yerinin yaradılması 7,4 milyard manatdan çox investisiya yatırılması nəzərdə tutulur.
Bundan başqa, nazirlər kabinetinin müvafiq qərarına əsasən bir sıra əsas vəsaitlərin, texnikaların qurğuların idxalı ƏDV-dən azad edilməsi nəzərdə tutulub. Bu siyahıda yer alan qurğuların təxminən 25 %-i də Tekstil Sektorunun payına düşür”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti