...

Orban macar şirkətlərinin Azərbaycanda iri neft-qaz layihələrində iştirakına şəraitin yaratdığına görə Prezident İlham Əliyevə təşəkkür edib

Siyasət Materials 7 Oktyabr 2025 15:43 (UTC +04:00)
Orban macar şirkətlərinin Azərbaycanda iri neft-qaz layihələrində iştirakına şəraitin yaratdığına görə Prezident İlham Əliyevə təşəkkür edib
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Qəbələ. Trend:

Macarıstanın Baş naziri Viktor Orban macar şirkətlərinin Azərbaycanda iri neft-qaz layihələrində iştirakına şəraitin yaratdığına görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

Bu barədə Trend xəbər verir.

Onun sözlərinə görə, hazırda Avropada elə bir vəziyyət yaranıb ki, siyasi səbəblərə görə kənarlaşdırılmış hesab olunan enerji mənbələri və ixrac marşrutları Avropanın enerji təminatı üçün istifadə olunur.
“Nəticədə Avropanın rəqabət qabiliyyəti tənəzzülə uğrayır və Avropa şirkətləri enerji üçün çinli və amerikalı rəqiblərindən üç-dörd dəfə çox pul ödəyirlər. Macarıstan şaxələndirmə istiqamətində ciddi addımlar atır və bu addımlarımız sizinlə son dərəcə dəyərli əməkdaşlıq olmasaydı, uğurlu ola bilməzdi. Biz Macarıstan enerji şirkətlərinə Azərbaycan və Avropanın ən iri təbii qaz və neft yataqlarında iştirak etmək imkanı yaratdığına görə Prezident İlham Əliyevə təşəkkürümüzü bildiririk. Bunun sayəsində biz, macarlar, dünya enerji bazarında yeni mərhələyə qədəm qoyduq. Bu, Macarıstan üçün böyük əhəmiyyət daşıyır. Minnətdarlıqla yanaşı, Prezident İlham Əliyev və Azərbaycanı Macarıstanın sizin ölkə ilə dostluğuna və strateji sadiqliyinə əmin edirəm, - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti