...

"Rhenus Logistics Azerbaijan" Orta Dəhliz üzrə daşımaların artması fonunda logistikanı inkişaf etdirməyə hazırdır

İqtisadiyyat Materials 7 Oktyabr 2025 17:29 (UTC +04:00)
"Rhenus Logistics Azerbaijan" Orta Dəhliz üzrə daşımaların artması fonunda logistikanı inkişaf etdirməyə hazırdır
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı.Trend:

Orta Dəhliz üzrə daşımaların artması, eləcə də ixrac, idxal və tranzitə olan tələbatın böyüməsi fonunda “Rhenus Logistics Azerbaijan LLC” şirkəti biznes üçün geniş spektrli logistika həlləri təqdim etməyə hazırdır.

Trend xəbər verir ki, bunu “Rhenus Logistics Azerbaijan LLC”nin idarəedici direktoru Katerina Zuban “Maliyyə kəsişməsində innovasiyalar və texnologiyalar” mövzusunda İxracın Maliyyələşməsi üzrə Yüksək Səviyyəli Almaniya-Azərbaycan Konfransında deyib.

“Logistika baxımından hazırda Azərbaycanda qanunvericilikdə, gömrük qaydalarında dəyişikliklər, proseslərin rəqəmsallaşdırılması və sadələşdirilməsi müşahidə olunur. Bütün bunlar daha səmərəli fəaliyyət üçün imkanlar yaradır. Gələcəkdə Ələt azad iqtisadi zonasında yeni yük aeroportunun tikintisinin başa çatdırılmasını gözləyirik. Bu, həm Xəzər dənizi vasitəsilə, həm də tranzit məhdudiyyətləri olan ölkələri yan keçən alternativ marşrutlar üzrə daha rahat tranziti təmin edəcək”, - deyə o bildirib.

K. Zuban əlavə edib ki, Azərbaycanda kross-dokinqdən tutmuş yüklərin aeroportlarda yük maşınlarına və konteynerlərə yüklənməsinə kimi istənilən logistika əməliyyatını həyata keçirmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti