Bakı. Trend:
Azərbaycan sukuk buraxılışı üçün cəlbedici bir bazar ola bilər.
Trend xəbər verir ki, bunu İslam İnkişaf Korporasiyasının (ICD) Özəl Sektorun İnkişafı üzrə Bank Departamentinin birbaşa maliyyələşdirmə şöbəsinin eksperti Samir Nadir Tağıyev “Halal Business Forum”da bildirib.
Onun sözlərinə görə, Azərbaycanda sukuk buraxılışı dövlət və özəl şirkətlər, həmçinin banklar üçün ənənəvi istiqrazlara alternativ ola bilər.
“Biz bu bazarda böyük tendensiyalar görürük: demək olar ki, bütün iri oyunçular - dövlət şirkətləri, özəl şirkətlər, özəl banklar- həmçinin istiqrazlar buraxır. Sukukun alternativ maliyyələşdirmə aləti kimi mövcudluğu onlara belə qiymətli kağızları almaqda maraqlı olan qlobal investorlardan vəsait cəlb etməyə imkan verəcək”,- deyə o qeyd edib.