...

"Auqsburq"un futbolçusu Türkiyə millisində çıxış edə bilər

İdman Materials 7 Oktyabr 2025 21:00 (UTC +04:00)
"Auqsburq"un futbolçusu Türkiyə millisində çıxış edə bilər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Auqsburq"un futbolçusu Mert Kömür Türkiyə millisində çıxış edə bilər.

Trend xəbər verir ki, Türkiyə Futbol Federasiyası (TFF) mövsümə uğurlu start verən 20 yaşlı hücumameyilli yarımmüdafiəçini milliləşdirmək üçün hərəkətə keçib. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

Federasiya yaxın zamanda gənc oyunçu ilə danışıqlara başlamağı planlaşdırır.

Mert Kömür Almaniyanın U-21 yığmasının üzvüdür. O, istəsə Türkiyənin əsas millisində oynaya bilər.

Qeyd edək ki, futbolçu bu mövsüm "Auqsburq"un heyətində meydana çıxdığı 7 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti

Xəbər lenti