Bakı. Trend:
III MDB Oyunları çərçivəsində bədii gimnastika üzrə yarışın ikinci günü başa çatıb.
Trend xəbər verir ki, yarışın ikinci günündə Azadə Atakişiyeva çoxnövçülük üzrə gümüş medalın sahibi olub. Komanda hesabında isə təmsilçilərimiz bürünc medal əldə etdilər.
Azərbaycan gimnastları sabah 6 proqram üzrə finalda mübarizə aparacaqlar.