Bakı. Trend:
Xorvatiya parlamentinin sədri Qordan Yandrokoviçin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 7-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Xorvatiya parlamentinin sədrini Milli Məclisin sədr müavini Musa Qasımlı, hər iki ölkənin səfirləri Anar İmanov, Branko Zebiç və digər rəsmi şəxslər qarşılayıblar.
