...

ABŞ və Kanada "Qızıl Qübbə" raketdən müdafiə sistemi üzərində əməkdaşlıq edir - Tramp

Dünya xəbərləri Materials 7 Oktyabr 2025 21:58 (UTC +04:00)
ABŞ və Kanada "Qızıl Qübbə" raketdən müdafiə sistemi üzərində əməkdaşlıq edir - Tramp

Bakı. Trend:

Vaşinqton və Ottava ABŞ-nin yeni raketdən müdafiə sistemi olan "Qızıl Qübbə" ("Golden Dome") yaratmaq üçün birgə iş aparırlar.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə Kanadanın baş naziri Mark Karni ilə görüşün əvvəlində jurnalistlərə bildirib.

"Çox sıx əməkdaşlıq etdiyimiz məsələlərdən biri də "Qızıl Qübbədir"", - deyə ABŞ prezidenti qeyd edib.

"Biz ölkələrimiz üçün "Qızıl Qübbə" üzərində birlikdə çalışacağıq. Bu çox vacib olacaq. Dünyada baş verənlərə baxdıqda görürük ki, bu müdafiəyə sahib olmalıyıq", - deyə D.Tramp əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti