Bakı. Trend:
Federal hökumətin maliyyələşdirilməsinin qismən dayandırılması (şatdaun) səbəbindən ABŞ administrasiyası Amerika qurumlarının işçilərini əhəmiyyətli dərəcədə ixtisar edə və bir sıra dövlət proqramlarını bağlaya bilər.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə Kanadanın baş naziri Mark Karni ilə görüşün əvvəlində jurnalistlərə bildirib.
"Bəli, əlbəttə. Bizdə çoxdur", - deyə Amerika lideri şatdaun səbəbindən ABŞ-də hansı proqramların məhdudlaşdırıla biləcəyinə qərar verilib-verilməməsi ilə bağlı sualına cavabında bildirib.
"Onların adlarını sizə deməyəcəyəm, amma tezliklə onları elan edəcəyik", - deyə o qeyd edib.