Bakı. Trend:
Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın oktyabrın 8-də Misirdə keçiriləcək Qəzza zolağında atəşkəslə bağlı danışıqlarda iştirak edəcək.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin təhlukəsizlik sahəsindəki mənbələr bildiriblər.
Məlumata əsasən, o, danışıqların aparıldığı Şarm əl-Şeyxə gəlməzdən əvvəl ABŞ, Misir, Qətər və Fələstinin "HƏMAS" hərəkatının nümayəndələri ilə əlaqə saxlayıb.
Bundan əvvəl Misirin “Əl-Qahirə əl-İxbariyyə” telekanalı Türkiyə nümayəndə heyətinin danışıqlarda iştirak etmək planları barədə məlumat yayıb.