...

Netanyahunun ofisi HƏMAS ilə danışıqların gedişatına nikbin yanaşır

Dünya xəbərləri Materials 7 Oktyabr 2025 23:29 (UTC +04:00)
Netanyahunun ofisi HƏMAS ilə danışıqların gedişatına nikbin yanaşır

Bakı. Trend:

İsrailin baş naziri Benyamin Netanyahunun mətbuat xidməti Misirdəki Fələstinin "HƏMAS" hərəkatı ilə danışıqlar prosesinə ümumilikdə nikbin yanaşır.

Trend-in məlumatına görə, bu barədə "The Times of Israel" qəzeti xəbər verib.

Netanyahunun ofisi “nikbin, lakin çox ehtiyatlı” yanışdıqlarını bildirib.

"HƏMAS hər an maneələr yarada və danışıqları tərk edə bilər", - deyə əlavə olunub.

İsrailin strateji işlər naziri Ron Dermerin danışıqlara qoşulmaq üçün çərşənbə günü Misirə gedəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti