...

ABŞ Milli Qvardiyası qoşunları etirazlara baxmayaraq Çikaqo ətrafına gəliblər

Dünya xəbərləri Materials 8 Oktyabr 2025 00:45 (UTC +04:00)

Bakı. Trend:

ABŞ Milli Qvardiyasının qoşunları yerli hakimiyyətin etirazlarına baxmayaraq, İllinoys ştatının Çikaqo şəhərinin ətrafına gəlib.

Trend-in məlumatına görə, bu barədə "The Chicago Tribune" nəşri xəbər verib.

Məlumata əsasən, ABŞ Ordusunun təlim mərkəzinin yerləşdiyi Elvud ətrafında kamuflyaj geyinmiş silahlı əsgərlər görüntülənib.

FTB direktoru Keş Patel çərşənbə axşamı "X" sosial şəbəkəsində Çikaqoya getdiyini elan edərək, şəhərin "xilas olunacağını" qeyd edib.

ABŞ prezidenti Donald Tramp bundan əvvəl Çikaqoda asayişi bərpa etmək üçün Milli Qvardiyaya 300 hərbçi göndərmək qərarına gəlib.

Xəbər lenti

Xəbər lenti