Bakı. Trend:
İrlandiyalı qarışıq döyüş ustası Konor Makqreqor antidopinq qaydalarını pozduğuna görə 18 ay müddətinə diskvalifikasiya olunub.
Trend-in məlumatına görə, bu barədə UFC-nin saytında bildirilib.
Keçmiş UFC çempionu keçən il üç bioloji testi buraxmışdı ki, bu da pozuntu sayılır.
"UFC idmançılarından əvvəlcədən xəbərdarlıq etmədən onlarla əlaqə saxlamaq və bioloji testdən keçmək üçün hər zaman dəqiq yer məlumatı təqdim etmələri tələb olunur. Makqreqorun iştirak etməməsi 13 iyun, 19 sentyabr və 20 sentyabr 2024-cü il tarixlərində baş verib və hər dəfə CSAD (Dopinqle Mübarizə üzrə Antidopinq Agentliyi) tərəfindən onları yer məlumatlarının verilməsində pozuntular kimi təsnif edib", - deyə bidirilib.