...

Azərbaycan III MDB Oyunlarında medal sıralamasında ikinci yerə yüksəlib

İdman Materials 8 Oktyabr 2025 01:16 (UTC +04:00)
Azərbaycan III MDB Oyunlarında medal sıralamasında ikinci yerə yüksəlib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan III MDB Oyunlarında medal sıralamasında ikinci yerə yüksəlib.

Trend-in məlumatına görə, bu barədə yarışın rəsmi saytında məlumat verilib.

Hazırda Azərbaycanın aktivində 33 qızıl, 53 gümüş və 92 bürünc medal var. Medal sıralamasına 124 qızıl, 61 gümüş və 40 bürünc medal qazanan Rusiya liderlik edir. Belarus isə 32 qızıl, 35 gümüş və 52 bürünc medalla üçüncü pillədə qərarlaşıb.

İndiyədək yarışda 10 ölkənin idmançıları medal qazanıblar.

Qeyd edək ki, III MDB Oyunları oktyabrın 8-də yekunlaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti