Bakı. Trend:
Almaniya müstəntiqləri hesab edirlər ki, Herdeske şəhərinin meri İris Staltserə (Almaniya Sosial Demokrat Partiyası) hücumun ailə mənşəli olub.
Trend-in məlumatına görə, bu barədə Haqen (Şimali Reyn-Vestfaliya) dövlət prokurorluğu və polisin birgə bəyanatında deyilir.
Bildirilib ki, hazırda siyasi motivlə bağlı heç bir sübut yoxdur.
"57 yaşlı qadının vəziyyəti ağır olaraq qalır. Hazırkı istintaqa görə, siyasi motivli cinayətin sübutu yoxdur. Ailə məsələləri ilə bağlı olduğu ehtimal edilir", - deyə qeyd olunub.
Bundan əvvəl "DPA" xəbər agentliyi bildirib ki, müstəntiqlər Herdeske şəhərinin (Şimali Reyn-Vestfaliya) merinə hücumla bağlı aparılan istintaqda ailə əlaqəsini istisna etmirlər.
Qeyd edək ki, oktyabrın 7-də "WDR" televiziya və radio şirkəti Staltserin hücuma məruz qaldığını və bıçaqlandığını bildirdi. Onun vəziyyəti kritik qiymətləndirilir. Oğlu yaralı qadını mənzilində aşkar edib.