...

Netanyahu girovları azad edəcəyini və HƏMAS-ı məğlub edəcəyini vəd edib

Dünya xəbərləri Materials 8 Oktyabr 2025 02:14 (UTC +04:00)
Netanyahu girovları azad edəcəyini və HƏMAS-ı məğlub edəcəyini vəd edib

Bakı. Trend:

İsrail Fələstinin "HƏMAS" hərəkatının məğlubiyyətinə və Qəzza zolağından bütün girovların qaytarılmasına nail olacaq.

Trend-in məlumatına görə, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS-ın İsrailə hücumunun ikinci ildönümü münasibətilə deyib.

O, 2023-cü il oktyabrın 7-də baş verən hadisələrdən danışaraq, bunu israillilərin “son dərəcə ağrılı bədəl ödədiyi” “dəhşətli qırğın” adlandırıb.

"Qaniçən düşmənlərimiz bizə ağır zərbə vursalar da, bizi qırmadılar. Onlar tezliklə İsrail xalqının böyük qüdrətindən xəbər tutdular. Yeddi cəbhədə dirçəliş müharibəsi bizim evimiz üçün taleyüklü müharibədir: varlığımız və gələcəyimiz üçün müharibə. Dözülməz ağrılarla yanaşı, ölkəmizin heyrətamiz möhkəmliyi ilə də böyük qürur hissi keçiririk", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti