...

Tayvan ABŞ ilə "MH-60R" helikopterləri ilə bağlı danışıqları bərpa edəcək

Dünya xəbərləri Materials 8 Oktyabr 2025 06:43 (UTC +04:00)
Tayvan ABŞ ilə "MH-60R" helikopterləri ilə bağlı danışıqları bərpa edəcək

Bakı. Trend:

Tayvan və ABŞ-nin adanın müdafiə qurumunun "MH-60R Seahawk" sualtı qayıq əleyhinə helikopterləri alması ilə bağlı üç il əvvəl dayandırılmış danışıqları bərpa edəcəyi gözlənilir.

Trend-in məlumatına görə, bu barədə "Taipei Times" qəzeti adı açıqlanmayan hökumət rəsmisinə istinadən xəbər verib.

Məlumata əsasən, ABŞ Taypeyin bu təyyarələri alması ilə bağlı "danışıqları bərpa etməyə hazır olduğunu bildirib". Adanın hərbçiləri bu helikopterlərdən 13 və ya daha çoxunu əldə etmək istəyirlər. Mənbə bildirib ki, onların dəqiq sayı Vaşinqtonla danışıqlardan sonra müəyyən ediləcək.

Qeyd edək ki, "MH-60R" helikopteri ABŞ Hərbi Dəniz Qüvvələrinin əsas sualtı döyüş helikopterlərindən biridir və onun Asiya-Sakit okean regionunda da yüksək tələbat var.

Xəbər lenti

Xəbər lenti