...

Ekvador Prezidenti hücuma məruz qalıb

Dünya xəbərləri Materials 8 Oktyabr 2025 02:44 (UTC +04:00)

Bakı. Trend:

Ekvador Prezidenti Daniel Noboa hücumdan salamat çıxıb.

Trend-in məlumatına görə, bu barədə Ekvador hökuməti məlumat yayıb.

Bildirilir ki, 500 nəfərlik dəstə prezident kortejinə daş atmağa başlayıb. Prezident avtomobilində güllə izləri də aşkar edilib.

Qeyd edək ki, dizel yanacağına subsidiyaların ləğvindən sonra Ekvadorda etiraz aksiyaları ara vermir.

Xəbər lenti

Xəbər lenti