Bakı. Trend:
Almaniyanın cənubundakı Bavariya vilayətinin Maynaşaff şəhərində Schnar Oberfl chentechnik şirkətinə məxsus qalvanik zavodunda baş verən qəza nəticəsində azı 4 nəfər xəsarət alıb.
Trend-in məlumatına görə, bu barədə "Main-Echo" portalı xəbər verib.
Məlumata əsasən, azot turşusu vannasına metal hissə atıldıqdan sonra kimyəvi reaksiya nəticəsində sarımtıl rəngli bulud əmələ gəlib. Əvvəlcə onun zəhərli ola biləcəyi ehtimal edilirdi. Yaxınlıqdakı Aşaffenburq şəhərinin sakinlərinə evdə qalmaq, pəncərə və qapıları bağlı saxlamaq və küçələri tərk etmək tövsiyə olunub. Hazırda bu məhdudiyyətlər aradan qaldırılıb.
Qəza nəticəsində azı 4 nəfər xəsarət alıb. Daha əvvəl iki nəfərin yaralandığı bildirilirdi.