...

İspaniya Superkubokunun yarımfinal oyunları yenidən Ciddədə keçiriləcək

İdman Materials 8 Oktyabr 2025 03:40 (UTC +04:00)
İspaniya Superkubokunun yarımfinal oyunları yenidən Ciddədə keçiriləcək

Bakı. Trend:

İspaniya Superkubokunun yarımfinal mərhələsinin tarixi və oyun cədvəli müəyyənləşib.

Trend-in məlumatına görə, qarşılaşmalar yenidən Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçiriləcək.

7 yanvar 2026-cı ildə “Barselona” ilə “Atletik Bilbao”, 8 yanvarda isə “Atletiko Madrid” ilə “Real Madrid” üz-üzə gələcək. Hər iki oyun Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Turnirin final oyunu yanvarın 11-də, bazar günü “Alinma” stadionunda baş tutacaq və o da saat 22:00-da başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti