Bakı. Trend:
“Dubai Airports” şirkəti yaxın 10 il ərzində öz hava limanlarını dünyanın ən əlçatan və inklüziv aeroportlarına çevirmək üçün yeni planlarını açıqlayıb.
Trend-in məlumatına görə, şəhərin iki beynəlxalq hava limanını idarə edən “Dubai Airports” şəhərə gələnlərin bütün istiqamətlərə səfərlərini asanlaşdırmaq üçün hər cür səy göstərir. Planlar 2035-ci ilə qədər Dubay Beynəlxalq Hava Limanı və Əl-Məktum Beynəlxalq Hava Limanını dünyada ən əlçatan və inklüziv hava limanlarına çevirmək məqsədi daşıyır.
Eşitmə problemi olan səyahətçilər üçün yeni eşitmə cihazları və sertifikat kimi son təşəbbüslər Dubayın xüsusi kateqoriyadan olan insanlar üçün səyahətləri necə daha rahat etdiyini göstərən nümunədir.
Strategiya 10 ilə hesablanıb, səyahət keyfiyyətini təkmilləşdirmək məqsədi daşıyır və ən yaxşı beynəlxalq təcrübələrə uyğunlaşdırılacaqdır.