...

Tayvanda 5,0 bal gücündə zəlzələ olub

Dünya xəbərləri Materials 8 Oktyabr 2025 08:22 (UTC +04:00)
Tayvanda 5,0 bal gücündə zəlzələ olub

Bakı. Trend:

Tayvanın şərqindəki Hualyan qəzasında 5,0 bal gücündə zəlzələ qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə adanın Mərkəzi Meteorologiya İdarəsi bildirib.

Məlumata əsasən, zəlzələ yerli vaxtla saat 07:52-də baş verib.

Bildirilib ki, zəlzələnin episentri Hualien şəhərindən təxminən 7 kilometr qərbdə olub. Təkanların ocağı 6,1 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti