...

Azərbaycanda unun topdansatış qiymətlərində dəyişiklik edilib (FOTO)

İqtisadiyyat Materials 8 Oktyabr 2025 12:12 (UTC +04:00)
Azərbaycanda unun topdansatış qiymətlərində dəyişiklik edilib (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda 6 oktyabr tarixindən unun son topdansatış qiymətləri məlum olub.

Trend-in məlumatına görə, qeyd olunan tarixdən etibarən ölkədə 50 kq-lıq unun son topdansatış qiymətləri 26,20-28,40 manat arasında dəyişir.

Belə ki, ölkə üzrə bazara təqdim olunan ən ucuz un növü “Dəvəçi-Taxıl" MMC (26 manat 20 qəpik), ən bahalısı isə "Azeri-Arapoğlu U.S.və T.LTD" BM-dir (28 manat 40 qəpik).

Beləliklə, bundan əvvəlki göstərici ilə müqayisədə 50 kq-lıq unun aşağı və yuxarı həddinin topdansatış qiyməti 40 qəpik artıb. Buna qədər isə qiymətlər 25,8-28 manat arasında dəyişirdi.

Bu ilin oktyabrın 6-dan etibarən Azərbaycanda istehsalçılar tərəfindən unun son topdansatış qiyməti aşağdakı kimi müəyyənləşib:

“ATS MİLL", "Anadoluqida", "AVETA", "KARAT HOLDİNQ" MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,30 manat;

"Azeri-Arapoğlu U.S.və T.LTD" BM-ə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 28,40 manat;

"Bakı Taxıl Terminalı", "Dəniz un sənayesi LTD", "Karmen", "Orxan UN", "Taxıl AQRO", “Xırman", “SKY AGRO”, “Avrora" MMC-lər, eləcə də "Nadir Quliyev adına Bakı-Taxıl" ASC, "PAK-NUR" FİRMASI, "Səma" fərdi firmasına məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,20 manat;

"Dəvəçi-Dəyirman" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 26,30 manat;

"Dəvəçi-Taxıl" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 26,20 manat;

"Gəncə Dəyirman" və "Nural" MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,50 manat;

"Hazartürk LTD" və "Qarabağ un" MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,10 manat.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti