...

TDT ilə təhlükəsizliyin möhkəmləndirilməsi üzrə addımlar atırıq - Ərdoğan

Dünya xəbərləri Materials 8 Oktyabr 2025 15:13 (UTC +04:00)
TDT ilə təhlükəsizliyin möhkəmləndirilməsi üzrə addımlar atırıq - Ərdoğan
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qarşılıqlı fəaliyyət üçün Türk Dövlətləri Təşkilatı (TDT) strateji platformadır. TDT yalnız mədəni birlik deyil. Dünyadakı gərginlik bütün dövlətlərə toxunur və TDT-yə daxil olan dövlətlər də bu gərginlikdən kənarda qalmır. Buna görə də təşkilat üzvləri çoxtərəfli əməkdaşlıq əlaqələrini gücləndirirlər.

Trend Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TDT-nin Dövlət Başçıları Şurasının Qəbələdə keçirilən 12-ci Zirvə Görüşündən qayıdarkən təyyarədə jurnalistlərə verdiyi açıqlamasında deyib.

Türkiyə Prezidenti bildirib ki, TDT-yə üzv ölkələrin dövlət başçıları sərhəd və kibertəhlükəsizlik məsələlərindən tutmuş, kəşfiyyat məsələlərinə qədər bir çox sahələrdə əməkdaşlıq əlaqələrini müzakirə edibər.

“Dünyada hərbi xərclərin artırılması və təhlükəsizliyin möhkəmləndirilməsi tendensiyası müşahidə edilir. Biz bu istiqamətdə də addımlar atırıq”- deyə, Rəcəb Tayyib Ərdoğan vurğulayıb.

Xəbər lenti

Xəbər lenti