...

Türkiyənin 3 vilayətində əməliyyat: 1,3 ton narkotik vasitə müsadirə olunub

Dünya xəbərləri Materials 8 Oktyabr 2025 11:35 (UTC +04:00)
Türkiyənin 3 vilayətində əməliyyat: 1,3 ton narkotik vasitə müsadirə olunub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə Gömrük Mühafizə orqanı əməkdaşları Ağrı, Edirnə və Iğdırda keçirdiyi üç fərqli əməliyyatda ümumilikdə 4 milyard 385 milyon Türk Lirəsi dəyərində narkotik maddələr ələ keçirib.

Bu barədə Trend Türkiyə KİV-ə istinadən xəbər verir.

Məlumata əsasən, ölkəyə daxil olmaq üçün gömrük ərazisinə gələn şübhəli nəqliyyat vasitələrində axtarışlar aparılıb, 1167 kiloqramdan çox maye metamfetamin, 114 kiloqram marixuana, ümumilikdə təxminən 1,3 ton narkotik vasitə aşkarlanıb.

Faktla bağlı Doğubayazıt, Edirnə və Aralık Respublika Prokurorluqlarında cinayət işləri açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti