...

Gömrük nəzarətindən gizlədilən qızıl külçələr aşkar edilib

Cəmiyyət Materials 8 Oktyabr 2025 10:42 (UTC +04:00)
Gömrük nəzarətindən gizlədilən qızıl külçələr aşkar edilib
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Gömrük nəzarətindən gizlədilən qızıl külçələr aşkar edilib.

Bu barədə Trend-ə Baş Gömrük İdarəsindən məlumat verilib.

Bildirilib ki, Dövlət Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi gömrük nəzarət tədbirləri nəticəsində qızıl külçələrin qanunsuz şəkildə gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.

Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşının əl yüklərinə gömrük yoxlaması tətbiq edilib. Yoxlama zamanı həmin şəxsin gödəkcəsində və əl çantasında gömrük nəzarətindən gizlədilən 37 ədəd “Pamp” markalı, ümumi təqribi çəkisi 365 qram qızıl külçə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti