Bakı. Trend:
Bu ilin oktyabrın ayının 1-nə Naxçıvan Muxtar Respublikası üzrə uçotda olan 53.139 vergi ödəyicisinin 94.7 faizi fiziki şəxslər, 5,3 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.
Trend bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 8,1 faiz, o cümlədən fiziki şəxslərin sayı 8,2 faiz, hüquqi şəxslərin sayı isə 5,4 faiz artıb.
Qeydiyyatda olan kommersiya qurumlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,8 faiz artaraq 1.701 vahid olub. 2025-ci ilin yanvar-sentyabr aylarında kommersiya qurumlarının 87,1 faizi elektron, 12,9 faizi kağız daşıyıcısı əsasında qeydiyyata alınıb.