Bakı. Trend:
Ölkələrimiz arasında əməkdaşlığın müxtəlif istiqamətlərinə nəzər yetirdikdə, qarşılıqlı ticarət göstəricilərinin yüksək səviyyədə olduğunu müşahidə edirik.
Trend xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Xorvatiya Parlamentinin sədri Qordan Yandrokoviçlə birgə keçirdiyi mətbuat konfransında deyib.
Spiker bildirib ki, enerji sahəsi iqtisadi əlaqələrimizdə mühüm yerə malikdir.
“Bildiyiniz kimi, bu gün Azərbaycan 10 Avropa, o cümlədən 8 Avropa İttifaqı ölkəsinə qaz ixrac edir ki, Xorvatiya da bu ölkələrdən biridir. Müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün müntəzəm müzakirələr aparılır. Bu mənada, “İqtisadi əməkdaşlığı təşviq etmək məqsədi ilə Birgə Komissiya”nın fəaliyyəti xüsusi aktuallıq kəsb edir”, - deyə S.Qafarova əlavə edib.