...

İşarət dilinin tətbiq kimi fəaliyyətə başlaması çox önəmli hadisədir - Bəxtiyar Aslanbəyli

Cəmiyyət Materials 8 Oktyabr 2025 12:52 (UTC +04:00)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Əsas istiqamətimiz təhsil, ətraf mühitin qorunması, zəngin mədəni irsimizin ölkədən kənarda tanıdılmasına dəstək verməkdir.

Trend xəbər verir ki, bu sözləri bp şirkətinin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli “Azərbaycan Jest Dili Tətbiqi” layihəsinin təqdimatında deyib.

O bildirib ki, bu gün işarət dilinin tətbiq kimi fəaliyyətə başlaması çox önəmli bir hadisədir.

"Bu hadisə həm də təhsillə bağlıdır. Artıq inklüzivliyin çox ciddi bir mərhələsindəyik. Bu sahəyə gənclər arasında diqqətin olması çox sevindirici haldır. İşarət dilinə ehtiyacı olan şəxslərin cəmiyyətə inteqrasiyası yönündə atılan vacib addımlardandır. Biz bu kimi layihələrdə universitetlərlə əməkdaşlıq etməkdən çox məmnunuq",- deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti