...

Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb - DİN

Gündəm Materials 8 Oktyabr 2025 10:10 (UTC +04:00)
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb - DİN
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Oktyabrın 7-də ölkə ərazisində cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.

Bu barədə Trend-ə DİN-dən məlumat verilib.

Bildirilib ki, oktyabrın 7-də ölkə ərazisində qeydə alınan 42, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Həmçinin, axtarışda olduğuna görə ümumilikdə 70, o cümlədən borclu şəxs qismində axtarışda olan 64 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

"Narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib",- qurumdan əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti