...

"Tesla" ən ucuz elektromobillərini buraxıb

Dünya xəbərləri Materials 8 Oktyabr 2025 16:19 (UTC +04:00)
"Tesla" ən ucuz elektromobillərini buraxıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Amerikalı milyarder İlon Maska məxsus “Tesla” şirkəti tarixinin ən ucuz elektrik avtomobillərini buraxıb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Təqdim olunan “Model 3 Standard” liftbeki və “Model Y Standard” krossoveri şirkətin məşhur modellərinin sadələşdirilmiş versiyalarıdır.

Hər iki maşın bir doluma 840 kilometr məsafə qət etməyə kifayət edən elektrik mühərrikləri ilə təchiz olunub. Elektromobillər 6,8 saniyə ərzində 100 km/saata qədər sürət yığa bilirlər. Bu modellərin öncəkilərdən daha ucuz olması üçün “Tesla” panoram damdan, işıqlı panellərdən, arxa oturacaqdakı displeylərdən və qapı yaxınlığındakı sahənin işıqlandırma sistemindən imtina etməli olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti