...

Cari ilin 9 ayında uşağın anadan olmasına görə neçə nəfərə proaktiv ödəniş edilib?

Gündəm Materials 8 Oktyabr 2025 10:07 (UTC +04:00)
Cari ilin 9 ayında uşağın anadan olmasına görə neçə nəfərə proaktiv ödəniş edilib?
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ilin yanvar-sentyabr ayları ərzində 73 687 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq Fond tərəfindən ödəniş edilib.

Trend xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.

Bildirilib ki, müavinət ödənişləri 34 643 nəfər qız, 39 044 nəfər oğlan uşağına görə aparılıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində 79 969 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq Fond tərəfindən ödəniş edilib.Müavinət ödənişləri 37 444 nəfər qız, 42 525 nəfər oğlan uşağına görə aparılıb

Məqalədə:
Xəbər lenti

Xəbər lenti