...

Azərbaycan və Oman arasında investisiya fəaliyyətinin genişləndirilməsi imkanları dəyərləndirilib

İqtisadiyyat Materials 8 Oktyabr 2025 12:03 (UTC +04:00)
Azərbaycan və Oman arasında investisiya fəaliyyətinin genişləndirilməsi imkanları dəyərləndirilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Oman arasında investisiya fəaliyyətinin genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.

"Oman Sultanlığına işgüzar səfərimiz çərçivəsində bu ölkənin maliyyə naziri, Oman İnvestisiya Qurumunun sədri Sultan bin Salem Al Habsi və Qurumun prezidenti cənab Abdulsalam bin Məhəmməd Al Murşidi ilə biznes tərəfdaşlığının prioritetləri barədə müzakirələrimiz oldu. Azərbaycan və Oman arasında qarşılıqlı sərmayələrin təşviqi, həmçinin regional səviyyədə birgə investisiya fəaliyyətinin genişləndirilməsi, işgüzar əlaqələrin gücləndirilməsi üçün əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi imkanlarını dəyərləndirdik", - deyə paylaşımda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti