Bakı. Trend:
Mən Azərbaycanla Xorvatiya arasında minatəmizləmə sahəsində əməkdaşlığı xüsusilə vurğulamaq istərdim.
Trend xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Xorvatiya Parlamentinin sədri Qordan Yandrokoviçlə birgə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, bu əməkdaşlıq işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi baxımından əhəmiyyətə malikdir:
“Müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün müntəzəm müzakirələr aparılır. Bu mənada, “İqtisadi əməkdaşlığı təşviq etmək məqsədi ilə Birgə Komissiya”nın fəaliyyəti xüsusi aktuallıq kəsb edir”.
