...

Türkiyə "yaşıl" keçid sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirir

Yaşıl iqtisadiyyat Materials 8 Oktyabr 2025 11:47 (UTC +04:00)
Türkiyə "yaşıl" keçid sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirir
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin “Bilişim Vadisi” şirkəti “yaşıl” keçid sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirir.

Trend xəbər verir ki, bu barədə “Bilişim Vadisi”nin baş meneceri Erkam Tüzgen Bakıda keçirilən “Halal Business Forum” forumunda etdiyi çıxışda danışıb.

“Artıq Azərbaycanda bir sıra layihələrimiz var — oyun düşərgələri təşkil etmişik, Anlaşma Memorandumu imzalamışıq, dünən isə Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə yeni memorandum bağladıq. Xüsusilə “yaşıl keçid”lə bağlı istiqamətlərdə aktiv fəaliyyət göstərməyi planlaşdırırıq”,- deyə Erkam Tüzgən vurğulayıb.

Onun sözlərinə görə, “Bilişim Vadisi” həmçinin Azərbaycandakı digər təşkilatlarla da əməkdaşlıq münasibətlərinə malikdir və bu əlaqələri daha da genişləndirmək niyyətindədir.

“Bu, son dərəcə vacib mövzudur. Kiçik və orta biznes(KOB) subyektləri və startaplar unikal həllər təklif edirlər, lakin onların töhfəsi beynəlxalq səviyyədə çox vaxt nəzərə çarpmır. Bakı Bəyannaməsi bu boşluğa diqqət çəkən, vaxtında göstərilmiş təşəbbüs oldu”, – deyə o qeyd edib.

E.Tüzgen vurğulayıb ki, nəzərəçarpanlığının artırılması üçün KOB üç qarşılıqlı tamamlayıcı istiqamətə əsaslanmalıdır— sübut bazası, qarşılıqlı əlaqəlilik və advokasiya.

“Birincisi, KOB-un nailiyyətlərini daha nəzərəçarpan etmək lazımdır. Onların bir çoxu artıq emissiyaları azaldır və səmərəliliyi artırır, lakin bu uğurlar çox vaxt yerli səviyyədə qalır. Biz elə bir qlobal platforma yaratmalıyıq ki, həmin nəticələr tanınsın və dəstəklənsin.

İkincisi, kiçik innovativ şirkətləri qlobal dəyər zəncirlərinə cəlb etmək vacibdir. Böyük korporasiyalar təmiz enerji və ya mobillik sahəsində startap həllərini tətbiq etdikdə, bu innovasiyalar beynəlxalq səviyyədə tanınır.

Üçüncüsü isə, KOB-un siyasət qərarlarının formalaşması prosesində iştirakını təmin etmək lazımdır. Çünki görünürlük təkcə iqtisadiyyatla bağlı deyil, həm də qlobal strategiyaların müəyyənləşdirildiyi yerlərdə səslərinin eşidilməsidir”,-deyə “Bilişim Vadisi” rəhbəri əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti