...

Gəncədə avtomobil 3 piyadanı vurdu: ölən var

Hadisə Materials 8 Oktyabr 2025 09:19 (UTC +04:00)
Gəncədə avtomobil 3 piyadanı vurdu: ölən var
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Gəncədə sürücü 3 piyadanı vurub, onlardan biri həyatını itirib.

Trend xəbər verir ki, hadisə oktyabrın 6-da baş verib.

Belə ki, Əziz Xasməmmədov idarə etdiyi "Haval H3" markalı avtomobillə Gəncə şəhəri Ə.B.Rəfibəyli küçəsində hərəkətdə olarkən idarəetməni itirib. Hadisə nəticəsində piyadalar - İlahə Məmmədova və Pakizə Məmmədova xəsarətlər alıb, digər piyada Qəribə Səfərova isə aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti