Bakı.Trend:
Sabah Daşkəsənin bir neçə kəndininin qaz təchizatında 2 saatlıq fasilə yaranacaq.
Trend xəbər verir ki, qaz təchizatında yaranan fasilə 1523 abonenti əhatə edəcək.
Bildirilib ki, Şəmkir RQİİ-nin Daşkəsən XS-nin “Xoşbulaq əhali” ölçü qovşağında istismar olunan G-400 tipli, 80101432 zavod nömrəli qaz sayğacının G-400 tipli, 80101428 zavod nömrəli qaz sayğacı ilə əvəzlənməsi ilə bağlı qazın nəqlinin dayandırılması, yerinə yetirilən işlərdə səlahiyyətli nümayəndələrin təhkim olunması ilə əlaqədar “Qaz İxrac” İdarəsindən 07 oktyabr 2025-ci il tarixində daxil olmuş 14-2-12/3-11-2052/2025 nömrəli sənədi nəzərə alaraq, , 09.10.2025-ci il tarixində saat 10:00-dan 12:00-dək “Xoşbulaq” QTM-dən qidalanan ( Qaraqollar, Qazaxyolçular, Zağallı, Xoşbulaq kəndləri 1523 abonent )“Xoşbulaq əhali” ölçü qovşağından qaz təchizatı dayandırılacaqdır.