...

“Bizim Məkan” ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb

Gündəm Materials 8 Oktyabr 2025 16:32 (UTC +04:00)
“Bizim Məkan” ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsi, ev 3 ünvanında yerləşən, fiziki şəxs Bədəlova Zeynəb Salamulla qızına məxsus “Bizim Məkan” ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.

Trend xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, ictimai iaşə obyektinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, mətbəx sahəsində işçi masaların asan yuyulan və dezinfeksiyaya davamlı materialdan təşkil edilmədiyi, soyuducularda rəflərin korroziyaya uğradığı və məhsulların saxlanma temperaturuna nəzarət olunmadığı, işçinin ilkin və dövri tibbi müayinədən keçmədiyi, havalandırma sisteminin qurulmadığı və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektinin fəaliyyəti məhdudlaşdırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti