Bakı. Trend:
Azərbaycan və Oman arasında investisiya əlaqələrinin şaxələndirilməsi istiqamətləri müzakirə edilib.
Trend xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.
"Oman Sultanlığına işgüzar səfərimiz zamanı Oman İnvestisiya Bankının baş icraçı direktoru vəzifəsini icra edən Məhəmməd Al Habsi ilə görüşdə Azərbaycan və Oman arasında investisiya əlaqələrinin şaxələndirilməsi istiqamətlərini vurğuladıq. Müasir istehsal infrastrukturunun qurulmasının, dövlət-özəl tərəfdaşlığının təşviqinin və dayanıqlı iqtisadiyyata keçidi dəstəkləyən mexanizmlərin tətbiqinin əhəmiyyətini qeyd edərək potensial sahələrdə birgə fəaliyyətin təşkili imkanlarını nəzərdən keçirdik", - deyə paylaşımda qeyd edilib.