...

Halal kiçik və orta biznes subyektləri 2040-cı ilə qədər "yaşıl" keçidin liderlərinə çevrilə bilərlər

Maliyyə Materials 8 Oktyabr 2025 12:14 (UTC +04:00)
Halal kiçik və orta biznes subyektləri 2040-cı ilə qədər "yaşıl" keçidin liderlərinə çevrilə bilərlər
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Halal kiçik və orta biznes (KOB) subyektləri 2040-cı ilədək “yaşıl” keçidin liderlərinə çevrilə bilərlər.

Trend xəbər verir ki, bunu Pakistanın Standartlaşdırma və Keyfiyyətə Nəzarət İdarəsinin Halal Tədarük Zənciri üzrə Komitənin sədri Muhəmməd Abubakar Bakıda keçirilən “Halal Business Forum” forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, halal kiçik və orta sahibkarlıq subyektləri – təkcə biznes deyil, onlar gələcək nəsillər üçün dayanıqlığın, etikanın və uzunmüddətli dəyərlərin keşikçiləridirlər.

Abubakar qeyd edib ki, halal KOB subyektləri biznesin 90 faizini təşkil edir, 70 faiz məşğulluq yaradır və qlobal emissiyaların 50 faizinə səbəb olur. Bu da onları etika, ticarət və iqlim diplomatiyası sahələrinin mərkəzinə çevirir.

“Bu şirkətlərin əsas çağırışı "yaşıl" keçidə uyğunlaşmaqdır, əks halda onlar yeni ticarət baryerləri, yüksək karbon xərcləri və bazarlardan kənarda qalmaq riski ilə üzləşəcəklər”, – deyə o vurğulayıb.

Abubakar həmçinin, iqlim liderliyinə keçidi mərhələli şəkildə təmin edən “pilləli model”i təqdim edib. Bu model aşağıdakı mərhələləri əhatə edir:

  • CIMIC standartlarının qəbulu;
  • ekoloji DİM (dayanıqlı inkişaf məqsədləri –red) halal standartlarına inteqrasiyası (eko-halal);
  • ESG və DİM prinsiplərinin uyğunlaşdırılması;
  • dövri iqtisadiyyat prinsiplərinin tətbiqi;
Məqalədə:
Xəbər lenti

Xəbər lenti