...

Sənaye və istehsal sektoruna kredit qoyuluşları 10%-ə yaxın artıb

İqtisadiyyat Materials 8 Oktyabr 2025 16:23 (UTC +04:00)
Sənaye və istehsal sektoruna kredit qoyuluşları 10%-ə yaxın artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin sentyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və qeyri-banklar tərəfindən sənaye və istehsal sektoruna qoyulmuş kreditlərin həcmi 1,6 milyard manata çatıb.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat əldə edib.

Məlumata görə, bu göstərici aylıq müqayisədə 10,5 milyon manat və ya 0,6%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 144,8 milyon manat və ya 9,9% çoxdur.

Qeyd edək ki, ümumilikdə, hesabat dövründə Azərbaycanda real sektora kredit qoyuluşu üzrə kredit portfeli 30,995 milyard manat təşkil edib.

Bu da aylıq müqayisədə 208,2 milyon manat və ya 0,7%, 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə isə 2,9 milyard manat və ya 10,2% artım deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti