...

Ağdamda evdəki yanğında xəsarət alan 60 yaşlı qadın xəstəxanada ölüb

Hadisə Materials 8 Oktyabr 2025 10:18 (UTC +04:00)
Ağdamda evdəki yanğında xəsarət alan 60 yaşlı qadın xəstəxanada ölüb
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdam.Trend:

Ağdamda evdə baş verən yanğın zamanı xəsarət alan 60 yaşlı qadın xəstəxanada ölüb.

Trend-in Qarabağ bürosunun məlumatına görə, oktyabrın 2-də rayonun Quzanlı qəsəbəsində 3 otaqlı evdə baş verın yanğın zamanı yanıq xəsarəti alan 1965-ci il təvəllüdlü Zibeydə İsmayılova ikinci dərəcəli xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Belə ki, Z.İsmayılova bu gün paytaxtda yerləşən xəstəxanada vəfat edib.

Qeyd edək ki, yanğın zamanı onun nəvəsi 2013-cü il təvəllüdlü Nəzrin İsmayılova isə birinci dərəcəli yanıq xəsarətləri alaraq Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda onun müalicəsi ev şəraitində davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti