...

Manat və xarici valyutada müddətli kredit qoyuluşu həcmi açıqlanıb

İqtisadiyyat Materials 8 Oktyabr 2025 15:20 (UTC +04:00)
Manat və xarici valyutada müddətli kredit qoyuluşu həcmi açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin sentyabrın 1-nə Azərbayacanda kredit təşkilatlarının müddətlər üzrə kredit qoyuluşlarının cəmi məbləği 30,465 milyard manat, vaxtı keçmiş kreditlərin həcmi isə 530,9 milyon manat təşkil edib.

Trend-in Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, cəmi kredit qoyuluşlarının 26,4 milyard manatını milli valyutada kreditlər təşkil edib.

Milli valyutadakı kreditlərin 434,3 milyon manatının ödəmə vaxtı keçib.

Hesabat dövründə cəmi kredit qoyuluşlarının 4,1 milyard manatı xarici valyutada verilmiş kreditlər olub ki, bu kreditlərin də 96,6 milyon manatının ödəmə vaxtı keçib.

Ötən ilin eyni dövrü ilə müqayisədə 2025-ci ilin sentyabrın 1-nə milli valyutada qoyulmuş kreditlər 2,8 milyard manat və ya 10,2% artıb, xarici valyutada qoyulmuş kreditlər isə 533,6 milyon manat və ya 11,6% azalıb.

Hesabat dövründə milli valyutadakı cəmi kreditlərin 4,2 milyard manatını qısamüddətli, 22,1 milyard manatını uzunmüddətli kreditlər, xarici valyutadakı kreditlərin isə 706,2 milyon manatını qısamüddətli, 3,4 milyard manatını isə uzunmüddətli kreditlər təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti