Bakı. Trend:
Yelo Bank korporativ sosial məsuliyyət strategiyası çərçivəsində
ətraf mühitin qorunmasına yönəlmiş növbəti təşəbbüsünü həyata
keçirib. Bu dəfə Bankın əməkdaşları Mərdəkan çimərliyində təşkil
olunan “Parlaq Sahillər” ekoloji aksiyasında bir araya gələrək
sahilyanı ərazini tullantılardan təmizləyiblər.
Aksiyada onlarla Yelo əməkdaşı iştirak edib. Nəticədə 1 tona yaxın
tullantı toplanaraq çeşidlənib və təkrar emala göndərilməsi üçün
xüsusi konteynerlərə təhvil verilib.
Artıq ənənə halını almış “Parlaq Sahillər” təşəbbüsünün əsas
məqsədi Xəzər dənizinin ekoloji vəziyyətini qorumaq, təbiətə qarşı
qayğı və məsuliyyət hissini gücləndirməkdir. Yelo Bank gələcəkdə də
bu kimi layihələri dəstəkləməyi və onların miqyasını
genişləndirməyi planlaşdırır.
Bank xidmətləri haqqında (https://www.yelo.az/az/individuals/loans/lombard-krediti/)
ətraflı məlumat almaq istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin
və ya Facebook,
Instagram ,
Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!