Bakı.Trend:
Cari ilin 9 ayı ərzində 3 milyona yaxın zərərli elektron poçt bloklanıb
Bu barədə Trend-ə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, cari ilin 9 ayı ərzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dövlət qurumları üçün yaradılmış dövlət elektron poçt xidmətində 12,267,260 elektron poçt emal edilib, onlardan 9,336,877-si istifadəçilərə çatdırılıb.
Qeyd edilib ki, onlardan 2,930,383-i zərərli tərkibli olması müəyyənləşdirilməklə blok edilib.