...

Azərbaycan və Oman iqtisadi əlaqələrin gücləndirilməsi imkanlarını dəyərləndiriblər

İqtisadiyyat Materials 8 Oktyabr 2025 11:06 (UTC +04:00)
Azərbaycan və Oman iqtisadi əlaqələrin gücləndirilməsi imkanlarını dəyərləndiriblər
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Oman iqtisadi əlaqələrin gücləndirilməsi imkanlarını müzakirə ediblər.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.

"Oman Sultanlığına işgüzar səfərimiz zamanı bu ölkənin iqtisadiyyat naziri cənab Səid bin Məhəmməd bin Əhməd Al Saqri ilə görüşmək xoş oldu. İqtisadi əlaqələrin gücləndirilməsi, ticarət və investisiya sahəsində əməkdaşlıq potensialının reallaşdırılması, enerji, sənaye zonaları, turizm, KOB və tranzit sektorunda birgə fəaliyyətin təşviqi imkanlarını nəzərdən keçirdik. Azərbaycanın yüksək tranzit səmərəliliyinə malik coğrafi mövqeyinin xarici sərmayələr üçün yaratdığı əlverişli imkanlar barədə fikirlərimizi bölüşdük", - paylaşımda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti