...

Həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Hadisə Materials 8 Oktyabr 2025 12:29 (UTC +04:00)
Həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bakı. Trend:

Həyat yoldaşını ehtiyatsızlıqdan qətlə yetirməkdə təqsirləndirilən Raidə Mahmudovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Trend xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəsməsində keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Raidə Mahmudova 1 il 6 ay müddətə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssissəsində çəkəcək.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 124.1-ci (Ehtiyatsızlıqdan adam öldürmə) ittiham edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti