...

Milli Məclisin deputatları Sloveniyaya səfər edəcəklər

Siyasət Materials 8 Oktyabr 2025 11:34 (UTC +04:00)
Milli Məclisin deputatları Sloveniyaya səfər edəcəklər
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri, NATO Parlament Assambleyasında (NATO PA) nümayəndə heyətinin rəhbəri Ramid Namazov və nümayəndə heyətinin üzvləri Tahir Mirkişili, Kamran Bayramov, Könül Nurullayeva, Samir Vəliyev oktyabrın 9-da Sloveniyanın Lyublyana şəhərinə səfər edəcəklər.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, deputatlar burada NATO PA-nın 71-ci illik sessiyasında iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti