...

Qarabağ Universitetində yeni dekan TƏYİNATI

Cəmiyyət Materials 8 Oktyabr 2025 12:05 (UTC +04:00)
Qarabağ Universitetində yeni dekan TƏYİNATI
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Qarabağ Universitetinin rektoru Şahin Bayramovun müvafiq əmri ilə Kamran Telman oğlu Məlikov Qarabağ Universitetinin İqtisadiyyat fakültəsinin dekanı vəzifəsinə təyin olunub.

Bu barədə Trend-ə universitetdən məlumat verilib.

Bildirilib ki, Kamran Məlikov 2010-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetində Mühasibat uçotu ixtisası üzrə bakalavriat təhsilini fərqlənmə diplomu ilə bitirib. 2012-ci ildə Böyük Britaniyanın Exeter Universitetində Maliyyə ixtisası üzrə magistratura təhsilini fərqlənmə diplomu ilə başa vurub. “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2012–2016-cı illərdə Böyük Britaniyanın Essex Universitetində Mühasibat uçotu və maliyyə ixtisası üzrə doktorantura təhsili alıb.

“K.Məlikov Böyük Britaniyada 10 ildən artıq akademik təcrübəyə malikdir. Belə ki, o, 2015–2022-ci illərdə Böyük Britaniyanın Essex Universitetində Mühasibat uçotu və maliyyə üzrə müəllim, baş müəllim və dosent vəzifələrində çalışıb”.

Qeyd edilib ki, 2022-ci ildən etibarən isə dünyanın nüfuzlu universitetlərindən sayılan Southampton Universitetində dosent vəzifəsində fəaliyyətini davam etdirib. Mühasibat uçotu və biznes sahəsində beynəlxalq nüfuzlu elmi jurnallarda bir sıra elmi məqalələrin müəllifidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti