...

İran Avropa İttifaqı ölkələrinə nota verib

Dünya xəbərləri Materials 8 Oktyabr 2025 10:55 (UTC +04:00)
İran Avropa İttifaqı ölkələrinə nota verib
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran Körfəz Ölkələri Əməkdaşlıq Şurası və Avropa İttifaqı xarici işlər nazirlərinin birgə bəyanatı ilə əlaqədar iddialara reaksiya olaraq Avropa İttifaqı ölkələrinə nota verib.

Trend-in məlumatına görə, bununla əlaqədar Avropa İttifaqına üzv ölkələrin səfirləri və diplomatik nümayəndəliklərinin rəhbərləri İran Xarici İşlər Nazirliyinə dəvət olunublar.

Avropa İttifaqına üzv ölkələrin səfirləri və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edən İran xarici işlər nazirinin müavini Məcid Təxt Rəvançi bildirib ki, Körfəz Ölkələri Əməkdaşlıq Şurası və Avropa İttifaqının birgə bəyanatında qeyd olunan adalar İran ərazisinin ayrılmaz hissəsidir. Avropa İttifaqının bu adaların Körfəz Ölkələri Əməkdaşlıq Şurasına üzv bir ölkəyə aid olması ilə əlaqədar iddiası dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsipinin pozulmasıdır.

Təxt Rəvançi qeyd edib ki, qeyd olunan birgə bəyanatda İranın raket proqramı ilə əlaqədar irəli sürülən iddialar İranın daxili işlərinə açıq-aşkar müdaxilədir. İranın raket proqramı haqda qeyd olunan iddialar reallığa ziddir və şişirdilmişdir. İranın yerli müdafiə bacarığı, o cümlədən raket proqramı ölkənin müdafiəsi üzrə haqlı hüququnun bir parçasıdır.

Nazir müavini əlavə edib ki, Hərtərəfli Birgə Fəaliyyət Planına üzv Avropa üçlüyünün (Böyük Britaniya, Fransa və Almaniya) öz öhdəliklərini yerinə yetirməməsi və xoşməramlılıq nümayiş etdirməməsi diplomatiyada problemin yaranması və dalana dirənməsi ilə nəticələnib.

Qeyd edək ki, 6 oktyabrda Avropa İttifaqı və Körfəz Əməkdaşlıq Şurasının xarici işlər nazirlərinin birgə bəyanatında İranın “Böyük Tonb, Kiçik Tonb və Əbu Musa” adalarını işğal etməsi qınanılıb və Tehrandan “Pilotsuz Uçan Aparatlar və nüvə proqramı ilə əlaqədar proqramları inkişaf etdirməyi dayandırması” istənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti